Azərbaycanın qanuni loterey atəşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC şans oyunu həvəskarlarını sevindirməyə davam edir. Şirkət “Tap, Qazan” ani lotereyasının ardınca “Gözmuncuğu” lotereyasını da satışa çıxarıb.

Uduş fondu 33 milyon manatdan çox olan “Gözmuncuğu” biletində böyük uduşun məbləği 100 000 manatdır. Hər biletdə qazanmaq üçün 6 şans təqdim olunur.

Oyun qaydalarına gəlincə, lotereya biletinin üzərində “üstüörtülü” xanaları pozduqdan sonra hər hansı “oyun” sırasındakı istənilən rəqəm  “uğurlu rəqəm” ilə uyğun gələrsə, bilet müvafiq sıranın qarşısında qeyd olunan mükafat məbləğini qazanır. “Oyun” sırasındakı xanalardan birində “gözmuncuğu” simvolu aşkarlandıqda isə bilet 50 manat qazanmış olur.

“Tap, qazan” biletində isə böyük uduşun məbləği 25 000 manat, uduşlu biletlərin sayı isə dörd milyondan çoxdur.

“Tap, Qazan” oyununda "üstüörtülü" "Uduşlu rəqəm" xanasında qeyd olunan rəqəm “Rəqəmləriniz” lövhəsindəki hər hansı rəqəm ilə üst-üstə düşərsə, bilet qeyd olunan məbləği qazanmış olur.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin hazırda satışda olan “Poz-Qazan” biletləri - “10X”, “5X”, “Zümrüd”, “Ani 50”, “Şans Ulduzu”, “Q-ızıl” və “Tap, Qazan”da müvafiq olaraq 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar, eləcə də irili-xırdalı milyonlarla digər uduşlar şanslı qaliblərini gözləyir.