Bu gün Misli Premyer Liqasında 31-ci turun növbəti oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

 

Günün ilk görüşü Qəbələdə keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Qarabağ"la üz-üzə gəlir. Qonaqlar ikincilik uğrunda mübarizə aparır və böyük ehtimalla sonda istəyinə çatacaq. Meydan sahibləri isə elitada yerini qorumağa çalışır. "Kəpəz" dünən "Sabah"ı məğlub etməklə "qırmızı-qaralar"dan bir qədər aralandı. Artıq "Qəbələ" ilə Gəncə təmsilçisi arasında xal fərqi 7-yə çatıb. Bu gün məğlub olacağı təqdirdə  Kaxaber Tsxadadzenin yetirmləri elitada yerini qorumaq üçün pley-off oynamalı olacaq.

 

Qeyd edək ki, matçın start fiti saat 17:00-da səslənəcək.

 

Misli Premyer Liqası

III dövrə, XXXI tur

17:00. "Qəbələ" - "Qarabağ" 

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elman Musayev
Qəbələ. Şəhər stadionu.

 

"Qəbələ": 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 30. Prins Ovusu

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 28. Murad Musayev 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 12. İbrahim Sanqare 14. Domi Massumo 70. Paulo Quimbila

Baş məşqçi: Kaxaber Tsxadadze

"Qarabağ": 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov