Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Real"a baş məşqçi təyin oluna bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Xəbərdə "Real"ın Mourinyo ilə danışıqlara başladığı bildirilib.
"Real"a hazırda Alvaro Arbeloa rəhbərlik edir. Onun yayda klubdan ayrılacağı gözlənilir.
Mourinyo 2010-2013-cü illərdə "kral klubu"nda çalışıb. O, hazırda "Benfika"nın baş məşqçisidir.