İcarə əsasında "Börnli"də çıxış edən Florentino Luis karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" portuqaliyalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Sabah" nəşri məlumat yayıb.

 

İstanbul nəhəngi Luisin müqavilə ilə məxsus olduğu "Benfika" ilə danışıqlara başlamağa hazırlaşır. "Beşiktaş" 26 yaşlı dayaq yarımmüdafiəçisi üçün Lissabon klubuna 15 milyon avro ödəməyə hazırdır.

 

Qeyd edək ki, "Börnli" Florentina Luisi mövsümün əvvəlində 2 milyon avro qarşılığında icarəyə götürüb. Portuqaliya U-21 millisinin sabiq üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.