"Komo" "Milan"dan icarəyə götürdüyü Alvaro Morata ilə bağlı qərar verib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi ispaniyalı hücumçunun transfer hüquqlarına yiyələnməyəcək.
Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Morata əsas heyətdə özünə yer edə bilməyib. 32 yaşlı forvard mövsüm başa çatdıqdan sonra müqavilə ilə məxsus olduğu "Milan"a qayıdacaq.
Qeyd edək ki, "Komo" Alvaro Moratanı 2025-ci ilin avqustunda icarəyə götürüb. Təcrübəli futbolçu "mavi-ağlar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.