İngiltərə Futbol Liqası (İFL) "Sauthempton" klubuna qarşı qayda pozuntusu ilə bağlı ittiham irəli sürüb. Sport24.az xəbər verir ki, məsələ müstəqil intizam komissiyasına göndəriləcək.
Buna səbəb "Midlsbro"nun pley-off yarımfinalı öncəsi "Sauthempton" nümayəndələrinin komandanın məşqini icazəsiz izləməsi ilə bağlı şikayəti olub. Qaydalara əsasən, matçdan 72 saat əvvəl rəqibin məşqini izləmək qadağandır.
İFL işin sürətlə araşdırılması üçün intizam komissiyasından prosesin qısa müddətdə keçirilməsini istəyib.