Kazemironun yeni klubunu həyat yoldaşı seçəcək. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Sem Lakherst "X" sosial şəbəkə hesabında paylaşım edib. 

 

Onun sözlərinə görə, bununla da 34 yaşlı braziliyalı "Real" və "Mançester Yunayted"də oynadığı illər ərzində ona verdiyi dəstəyə görə həyat yoldaşına təşəkkür etmək istəyir.

 

Kazemiro 2022-ci ildən bəri "Mançester Yunayted"də oynayır. Bu müddət ərzində braziliyalı bütün turnirlərdə 159 oyuna çıxıb, 26 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun ingilis klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır. "Transfermarkt" portalı yarımmüdafiəçinin dəyərini 8 milyon avro qiymətləndirir. O, əvvəllər "Porto" və "San Paulo"da oynayıb.