"Barselona"nın keçmiş kapitanı və "Qızıl top"un səkkizqat mükafatçısı Lionel Messi hansı oyunçunun oyun tərzinin ona gənc yaşlarını xatırlatması ilə bağlı suala cavab verdi. Sport24.az xəbər verir ki, argentinalı ulduz bu barədə "Diario Sport"a danışıb:
"Hələ qarşıda uzun illər adından söz etdirə biləcək çox yaxşı oyunçuların yeni nəsli var. Amma yaşını, artıq nələrə nail olduğunu və gələcəkdə nələrin gözlədiyini nəzərə alsaq, Lamin Yamalın adını çəkərdim. Mənim üçün o, şübhəsiz ki, ən yaxşısıdır".
Qeyd edək ki, "Barselona" və İspaniya millisinin formasını geyinən Lamin Yamalın 18 yaşı var. O, iki dəfə dünyanın ən yaxşı gənc futbolçusuna verilən "Kopa Trophy" mükafatını qazanıb.