Fransa Liqa 1-i tərk edəcək ikinci klub müəyyənləşib. Sport24.az xəbər verir ki, "Mets"dən sonra "Nant"ın da elita ilə vidalaşacağı dəqiqləşib.
Erik Blahiçin rəhbərlik etdiyi kollektiv 33-cü turda səfərdə "Lans"a 0:1 hesabı ilə uduzub. "Nant" mövsümün bitməsinə bir tur qalmış 16-cı pillədəki "Oser"dən 5 xal geri qalır.
"Sarı-yaşıllar" növbəti mövsümdə Liqa 2-də mübarizə aparacaq.