11-14 may tarixlərində Almaniyanın Münhen şəhərində taekvondo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

 

Bildirilib ki, yarışda iştirak edəcək Azərbaycan milli komandası artıq Almaniyaya yola düşüb.

 

Komanda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, milli komandanın baş məşqçisi Məmməd Abdullayev, həmçinin məşqçilər Günay Zeynalova və Səbuhi Zülfüqarovun rəhbərliyi ilə Avropa çempionatında iştirak edəcək.