Misli Premyer Liqasının 31-ci turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası "doğma divarlar" arasında "Araz-Naxçıvan"ı qəbul edir.
Hər iki komanda üçün bu oyun formal xarakter daşıyır. Yeganə istisna hal kimi kimin mövsümü daha üst pillədə başa vurmasını qabartmaq olar. Hazırda aktivində 40 xal olan naxçıvanlılar turnir cədvəlinin 6-cı, "kimyaçılar" isə 38 xalla 7-ci pilləsində qərarlaşıb. Meydan sahibləri bu gün qalib gələcəyi halda "qırmızı-ağlar"la turnir cədvəlində yerini dəyişəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək "Turan Tovuz" - "Karvan-Yevlax", "Neftçi" - "Şamaxı" matçları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
III dövrə, XXXI tur
19:30. "Sumqayıt" - "Araz-Naxçıvan" 0:0 (Birinci hissə)
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
"Sumqayıt": 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 64. Kənan Feyziyev 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 20. Ayxan Süleymanlı 24. Sənan Muradlı 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev 72. Rayan Senhadji 95. Nsana Simon
"Araz-Naxçıvan": 12. Kristian Avram 34. Urfan Abbasov (k) 4. Rahil Məmmədov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala 77. Bruno Franko
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 5. Slavik Alxasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 86. İbrahim Piriyev 33. Elmir Cəfərov 16. Ramon Maçado 70. Şarl Boli 19. Bar Kohen