WADA dopinqlə bağlı şəffaflığı təmin etmək üçün idmançıların mobil telefonlarına və noutbukuna nüfuz etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Vitold Banka məlumat verib: “İdmançılar məndən tez-tez soruşur ki, nə üçün dopinq qəbul edənlərin hamısını müəyyənləşdirə bilmirik? Amma yəqin bu fikrmlə razılaşarsınız ki, biz heç vaxt idmanda dopinq üzərində tam qələbə qazana bilməyəcəyik. İnsanların həyatından cinayət necə tam silinmirsə, burada vəziyyət belədir. Dünyada milyonlarla cinayət işi açılır, amma polis onların hamısında cinayətkarları tapa bilmir. Məncə, idmançıların telefon və noutbukuna nüfuz edə bilsək, daha effektli çalışa bilərik. Amma bunu reallaşdırmaq çətindir. Çünki dövlətlər buna qarşı çıxacaq. Bəli, bu müəyyən hüquqi problemlərə yol açacaq”.