Yungül çəkidə UFC çempionu İslam Maxaçev növbəti dəfə nə vaxt oktaqona çıxacağından danışıb. Sport24.az xəbər verir ki, dağıstanlı döyüşçü payıza işarə verib: “UFC hazırda mənə istirahət verməyi planlaşdırır. Onlar Əbu-Dabidə oktaqona çıxmağımı istəyir. Mənim fikrimi öyrənmək istəsəniz, iyul və ya avqustda döyüşmək fikrindəydim. Amma onlar Əbu-Dabi variantında israrlıdır”.

Qeyd edək ki, UFC növbəti turnirini bu ilin oktyabrında keçirməyi planlaşdırır. Xatırladaq ki, Maxaçev fevralda UFC284 turnirində Aleksandr Volkanovski məğlub edərək titulunu qoruyub. O, bu günə qədər keçirdiyi 25 görüşün 24-də qalib gəlib və 1 dəfə də uduzub.