Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək. Sport24.az xəbər verir ki, ölkəmiz qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq.

 

Tehran Məmmədov (60 kiloqram), İsa Rüstəmov (71 kiloqram), Ravin Əlməmmədov (79 kiloqram) və Əli Şükürlü (110 kiloqram) mübarizə aparacaqlar.

 

Yarış aprelin 19-dan 26-dək baş tutacaq.