Rusiya idmançıları beynəlxalq yarışlardan kənarlaşdırılsa da, bu ölkənin xokkeyçiləri ABŞ və Kanada meydançalarında özlərini çox rahat hiss edir. Okenaın o tayında şimal qonşularımıza tələbat çox yüksəkdi. Sport24.az xəbər verir ki, bu isə Rusiya hokkey ictimaiyyətini daha da ruhlandırır.

Hətta artıq belə bir vəziyyətdə ruslar MHL komandaları ilə hazırlıq oyunları da keçirmək istəyir. Məşhur rusiyalı məşqçi Yuri Novikov bunu reallaşdırmaq istədiklərini söyləyib: “İstərdim ki, bizim hokkey funksionerləri komandalarımızın MHL klubları ilə görüşlərinin təşkilinə cəhd etsinlər. Bu bizim hokkeyimizin ziyanına olmazdı. Özümüzü MHL-dən gizlətməməli və onlardan qorxmamalıyıq. Okeanın o tayında bizim ən güclü hokkeyçilərimiz oynayır. Həmin oyunçular Rusiyada yüzlərlə uşaq üçün nümunə mənbəyidir”. 

Xatırladaq ki, KHL ilə MHL klubları arasında ilk görüş 2008-ci ildə İsveçrədə Maqnitoqorsk “Metallurq”u ilə “Nyu-York Reyncers” arasında keçirilmişdi. 2010-cu ildə isə Sankt-Peterburqda SKA “Karolina” ilə, Riqa “Dinamo”su Latviyada “Finiks”lə qarşılaşmışdı.