Ukraynanın idman naziri Vadim Qutsayt Beynəlxalq Olimpiya Komitəsini (BOK) tənqid edib. Sport24.az xəbər verir ki, nazirin fikrincə, BOK-un Rusiyadan olan idmançıları Paris Olimpiadasına buraxmaq istəyi yolverilməzdi: “Ukraynalı idmançılar Paris Olimpiadasına qatılmaq üçün normal şəraitdə məşq edə bilmirlər. Amma rusların öz ölkəsində məşq etməsi üçün hər cür şəraiti var. Onlar gecələr rahat yatır, biz isə yata bilmirik. Ruslara qarşı tələblər azalacaqsa, onda onları niyə diskvalifikasiya etmişdilər? Onları hansı kriteriyalara əsasən Olimpiadaya buraxacaqlar?!”.