Oktyabrın 9-da Gürcüstanın paytaxtı Tifskudı mərhum məqşçi Sulxani Sulxanışvilinin xatirəsinə həsr olunmuş 2011-2012-ci il təvəllüdlü oğlanlar arasında reqbi-7 üzrə beynəlxalq turnir keçiriləcək. Sport24.az xəbər verir ki, turnirdə Gürcüstan komandaları ilə yanaşı Azərbaycanı təmsil edəcək “Qarabağ" da iştirak edəcək.

İştirakçılar hərəsində 4 komanda olmaqla 2 qrupa bölünəcək, hər qrupun iki ən güclü kollektivi yarımfinal mərhələsinə vəsiqə qazanacaq. “Qarabağ” üçün bu ölkəmizin kənarında iştirak edəcəyi ilk yarış olacaq. Klubun prezidenti Eldar Kərimov saytımıza açıqlamasında yetirmələrinin uğurlu çıxış edəcəyinə inandığını qeyd edib: "Xarici reqbiçilərlə oyun təcrübəmiz yoxdur. Amma oyunçularımızda olan mübarizlik keyfiyyətləri, cəsarət və qələbə əzmi “Qarabağ”ın daha təcrübəli rəqiblərlə oyunlardan müsbət nəticə ilə çıxacağına inanmağa əsas verir. Tiflisə oyun təcrübəsi dalıyca gedirik. Rəqiblər bizi autsayder qismində gözləyirlər. Lakin oyunçularımızın yuxarıda sadaladığım keyfiyyətlərinə arxayın olub deyə bilərəm ki, “Qarabağ” rəqiblərini təəccübləndirəcək və Vətənə yaxşı nəticə ilə qayıdacaq. Fürsətdən istifadə edib bir daha baş məşqçi Nizami Mahmudovun simasında klubumuzun bütün məşqçi heyətinə uşaqların düzgün fiziki və mənəvi hazırlığına görə minnətdaram. Bu, hazırlığın nəticəsidir ki, balaca reqbiçilərimiz bu gün mübarizəyə tam hazırdırlar".

Qeyd edək ki “Qarabağ” oktyabrın 9-da səhər saatlarında Bakı-Tiflis aviareysi ilə qonşu ölkəyə yollanacaq. Növbəti gün isə yarış bitəndən sonra komandanın Vətənə qayıtması gözlənilir.