Martın 28-i “Qarabağ” reqbi klubu Qəbələ şəhər stadionunda yerli eyniadlı komandasının qonağı olub. Sport24.az xəbər verir ki, yoldaşlıq görüşü 20:5 hesabı ilə qonaqların qələbəsi ilə nəticələnib.

 

Meydan sahiblərinin heyətində Qismət Məmmədzadə, qonaqlardan isə Murad Baloğlanov, Novruz Məmmədov, Raul Tağıyev və Nəciməddin Cəfərov məhsuldar həmlələrlə yadda qalıblar.

Matçdan sonra “Qarabağ”ın baş məşqçisi Nizami Mahmudov oyun haqqında fikirləri ilə bölüşüb: “Qəbələ” komandası olduqca xoş təsir bağışladı. Oyunçular əzmlə mübarizə aparırdılar, bu müqaviməti gözləmirdik. Əminəm ki, yaxın zamanda çox güclü bir kollektivə çevriləcəklər. “Qəbələ” komandasına növbəti oyunlarda uğurlar arzu edirik!”.