Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Göygöldə kros qaçışı üzrə payız ölkə çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, yarışda respublikanın müxtəlif regionlarından olan 200-ə yaxın atlet mübarizə aparacaq.

 

Göygöl Olimpiya İdman Kompleksinin ətrafında keçiriləcək Azərbaycan çempionatının açılış mərasimi oktyabrın 20-də saat 10:00-da baş tutacaq.