Millimizin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti görüşünü keçirib. Sport24.az xəbər verir ki, komanda 12-ci turda "Puşa"nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

 

Rahil bu matçda meydana start heyətində çıxıb və sona qədər oynayıb.

 

Qeyd edək ki, aktivində 12 xal olan "Radomyak" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.