AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan - İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

 

Oktyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisidə yerləşən "Mixail Mesxi 2" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.