Minifutbol üzrə Azərbaycan çempionatında IV turun oyun cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, sabah start götürəcək turun matçları iki günü əhatə edəcək.

 

İlk oyun günündə dörd qarşılaşma baş tutacaq. Ertəsi gün üç görüş təşkil olunacaq.

 

Qeyd edək ki, oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək.

 

Azərbaycan çempionatı
IV tur
23 oktyabr

19:15. "Birbaşa Bakı" – "Bakı145"
20:30. "Zirə" – "Laçın"
21:45. "Atəşgah Suraxanı" – "Göyçə"
23:00. "Star Bakı" – "Şamaxı

24 oktyabr
19:15. "Çinar Zəngilan" – "Altay Füzuli"
20:30. "AzNur" – "Sumqayıt"
21:45. "Siyəzən" – "Qalaksi"