"Sumqayıt"ın yeni baş məşqçisi Vaqif Cavadov "Turan Tovuz"a məğlubiyyətdən sonra (2:4) bəzi futbolçuların performansından narazı qalıb. Sport24.az xəbər verir ki, 35 yaşlı mütəxəssis matçdan sonra oyunçuların bəzilərinə sərt sifətini göstərib.

 

"Kimyaçılar"ın çalışdırıcısı xüsusilə 57-ci dəqiqədə meydana daxil olan Rəhim Sadıxova "barmaq silkələyib". Cavadov komandanın "10 nömrə"sinə belə zəif oynayacağı təqdirdə əvəzedici heyətə göndəriləcəyini bildirib.

 

Qeyd edək ki, Premyer Liqanın XI turunda "Sumqayıt" səfərdə "Səbail"in qonağı olacaq.