FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasına təyinat alıb. Sport24.az xəbər verir ki, ədalət təmsilçisi "Şaxtyor" - "Yanq Boys" matçını idarə edəcək.

 

Ona Namik Hüseynov və Vüsal Məmmədov yardımçı olacaq. 

 

Almaniyanın Helzenkirhen şəhərində keçiriləcək görüşün dördüncü hakimi yerli referi Patrik Şvenqers olacaq.

 

Qeyd edək ki, noyabrın 6-da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.