"Xilasedici" Azərbaycanın kişi voleybol klubları arasında transfer bazarında lider olaraq qalır. Sport24.az xəbər verir ki, klub artıq 10 transfer həyata keçirib.

 

Ən son transferlər serbiyalı hücumçu Aleksandar Tumbas və millinin oyunçusu Roman Qurski olub.

 

Daha əvvəl kubalı hücumçular Luis Rodriqes və Luis Enrike Reyes, eləcə də Rusiyadan hücumameylli oyunçular - İvan Volodin və Aleksandr Popleteyev komandaya qoşulub.

 

Onlardan başqa, "Xilasedici" Azərbaycan milli yığmasının voleybolçuları - blokçu Dmitri Baranov və libero Asif Əliyevi də heyətinə qatıb. Komandaya daha öncə "Neftçi"nin şərəfini qoruyan Mirhasil Seyidli də transfer olunub. Siyahıda bolqarıstanlı Aleksandar Borisov da var.