"Səbail"in baş məşqçisinin başının üstünü qara buludlar alıb. Sport24.az-n əldə etdiyi məlumata görə, rəhbərlik komandanın nəticələrindən narazıdı.

 

"Dənizçilər" Premyer Liqanın XI turunda "Sumqayıt"a da yeniləcəyi təqdirdə Şahin Diniyevlə yollar ayrılacaq. "Kimyaçılar"la matç 58 yaşlı mütəxəssis üçün sonuncu şansdı.

 

Qeyd edək ki, ötən həftə "Neftçi"yə məğlub olan "Səbail" 10 turdan sonra 7 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.