İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçilərinin siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, məşhur "GiveMeSport" portalı tərtib etdiyi siyahıda ilk pilləyə "Çelsi"nin və İngiltərə yığmasının sabiq müdafiəçisi Con Terrini layiq görüb.

 

"Mançester Yunyted" və İngiltərə yığmasının keçmiş mərkəz müdafiəçisi Rio Ferdinand ikinci, niderlandlı futbolçu Vircil van Dayk ("Liverpul") isə üçüncü pillədə qərarlaşıb.

 

Portalda bildirilib ki, seçim zamanı əsas meyar kimi futbolçunun komanda üçün faydalı olmağına, qazanılan titullara, qol baxımından fəaliyyətinə, yüksək səviyyədə çıxış müddətinə və "quru" oyunların sayına diqqət yetirilib.

 

Qeyd edək ki, "Transfermarkt" portalına görə hazırda İngiltərə Premyer Liqasında Vilyam Saliba ("Arsenal") və Ruben Diaş ("Mançester Siti") ən bahalı müdafiəçilərdir. Hər iki futbolçunun transfer dəyəri 80 milyon avro qiymətləndirilir.