Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, "qara qartallar"ın qapıçısı Mert Günok sıradan çıxıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Türk qolkiper Super Liqanın 9-cu turunun "Konyaspor"la matçında (2:0) çiynindən zədələnib. 35 yaşlı futbolçu 24 oktyabr tarixində Avropa Liqasında "Lion"a, həftəsonu isə Super Liqada "Qalatasaray"a qarşı İstanbul derbisində iştirak etməyəcək.

 

Qeyd edək ki, Mert Günok 2021-ci ilin yayından "Beşiktaş"da çıxış edir. Türkiyə millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində 12 rəsmi matçda meydana çıxıb.