Azərbaycan Basketbol Liqasının yeni mövsümünün ilk turunda son çempion "Sabah" "Sərhədçi"yə qalib gəlib. Sport24.az xəbər verir ki, I turun qarşılaşması Bakı İdman Sarayında keçirilib.

 

Görüş "bayquşlar"ın 80:53 hesablı qələbəsi ilə başa çatıb.

 

Tura bu gün keçiriləcək "Şəki" - "Quba" və "Sumqayıt" - "Ordu" görüşləri ilə yekun vurulacaq.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Neftçi"ni 84:79, "Abşeron" NTD-ni 75:69, "Gəncə" isə "Lənkəran"ı 90:75 hesabı ilə məğlub edib.