Bu gün Azərbaycan Basketbol Liqasında I tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, turun son günündə üç matç baş tutacaq.

 

A qrupunda günün yeganə oyunu son çempionun iştirakı ilə baş tutacaq. "Sabah" "Sərhədçi"ni sınağa çəkəcək.

 

Digər qarşılaşmalar B qrupunda təşkil olunacaq. "Şəki" "Quba"nı, "Sumqayıt" "Ordu"nu qəbul edəcək.

 

Qeyd edək ki, II turun matçları oktyabrın 22-dən 27-dək keçiriləcək.

 

Azərbaycan Basketbol Liqası
I tur
20 oktyabr
A qrupu
12:30. "Sabah" - "Sərhədçi"

Bakı İdman Sarayı

B qrupu
14:00. "Şəki" - "Quba"

Şəki OİK

20:00. "Sumqayıt" - "Ordu"
Sumqayıt OİK