"Formula 1" üzrə ABŞ Qran-prisinin qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, "Ferrari" pilotu Şarl Lekler bütün rəqiblərini qabaqlayıb.

 

Yarış ABŞ-nin Texas ştatının Ostin şəhərində "Amerikalar dövrəsi"ndə keçirilib.

 

İkinci yeri "Ferrari"nin ispaniyalı pilotu Karlos Sayns, üçüncü yeri isə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen tutub.