Cermeyn Marrou Azərbaycan Basketbol Liqasının ilk turunda ən məhsuldar oyunçu olub. Sport24.az xəbər verir ki, "Naxçıvan"ın amerikalı legioneri komandasının "Neftçi"yə qalib gəldiyi görüşdə (89:74) 29 xal toplayıb.

 

Bundan başqa, turun ikinci ən məhsuldar oyunçusu neftçilərin yeni üzvü Amil Həmzəyev olub. O, komanda yoldaşı Robert Harvi kimi 19 xal toplayıb.

 

Amma blok (3) və ribaunda (12) görə Amil liderliyi ələ keçirib.

 

Çempionatın startında ən çox məhsuldar ötürməni isə "Naxçıvan"lı Cordan Perkins edib - 11.