AFFA Azərbaycan futbolunun inkişafına töhfə vermək və xaricdə yaşayan istedadlı azərbaycanlı futbolçuların məlumat bazasını yaratmaq məqsədilə xaricdə yaşayan azərbaycanlı futbolçuları və onların valideynlərini AFFA-nın Futbolun İnkişafı Departamenti ilə əlaqə saxlamağa dəvət edir. Sport24.az xəbər verir ki, qurumla əlaqə saxlayarkən aşağıdakı məlumatları təqdim etmək xahiş olunur:

 

• Ad, soyad

• Doğum tarixi (2006–2015-ci il təvəllüdlü futbolçular)

• Yaşadığınız ölkə

• Hazırda çıxış etdiyiniz klub

• Yarış səviyyəsi / liqa

• Daha əvvəl hər hansı regional, əyalət və ya milli komandaya dəvət almısınızmı? Almısınızsa, hansı komandaya?

• Hər hansı seçmə komandaya dəvət almısınızmı? Almısınızsa, hansı komandaya?

• Əlaqə nömrəsi

 

 Məqsədimiz Avropada yaşayan azərbaycanlı futbolçular haqqında məlumat toplamaq, onlarla əlaqə yaratmaq və gələcək layihələr çərçivəsində onların inkişafını yaxından izləməkdir.

 

Tələb olunan məlumatları aşağıdakı e-poçt ünvanlarına göndərə bilərsiniz:

 

fid@affa.az

nijat.abadli@affa.az

 Və ya birbaşa WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz:

+49 163 2568351

Nicat Abadlı

Xaricdə Azərbaycan Gənclər Futbolu üzrə Koordinator

AFFA – Futbolun İnkişafı Departamenti