"Öz futbolumuzu oynamağa çalışacağıq. Bilirik ki, çətin olacaq".
Sport24.az "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirəcəkləri ilk tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
32 yaşlı hücumçu yaxşı oyun nümayiş etdirəcəklərinə inandığını söyləyib: "Baş məşqçimizin də dediyi kimi, indi Çempionlar Liqasındayıq. Daha əvvəl heç vaxt Avropa turnirlərində çıxış etməmişik. Amma oyunumuzu göstərmək üçün özümüzə çox inanırıq və bunu bütün dünyaya nümayiş etdirmək istəyirik".