"Atletiko"nun (Madrid) müdafiəçisi Kristian Romero Argentina milli komandasının yeni kapitanı seçilib. Sport24.az xəbər verir ki, buna hücumçu Lionel Messi və müdafiəçi Nikolas Otamendinin milli komandada karyeralarını başa vurmaları səbəb olub.

 

Həmin ayrılıqlardan sonra kollektivə yeni kapitan təyin edilib.

 

Baş məşqçi Lionel Skaloni kapitanlıq sarğısı üçün Emiliano Martines əvəzinə Romeroya üstünlük verib. Mütəxəssis bu qərarı hələ DÇ-2026-dan əvvəl qəbul edib.

 

Kristian Romero daha əvvəl 3 qarşılaşmada Argentina yığmasını meydana kapitan kimi çıxarıb.