"Beşiktaş"dan ayrılan Amir Hacıahmetoviçin yeni komandası açıqlanıb. Sport24.az xəbər verir ki, bosniyalı futbolçu "Ludoqorets"lə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi Bolqarıstan klubu ilə 3 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, "Beşiktaş" Amir Hacıahmetoviçi 2023-cü ildə "Konyaspor"dan transfer etmişdi.