Məşhur almaniyalı biatlonçu Denize Herrman karyerasını başa vurub. Sport24.az xəbər verir ki, 34 yaşlı Olimpiya çempionu bu barədə sosial şəbəkə vasitəsilə məlumat verib.

Karyerası ərzində həm xizək, həm də biatlon yarışlarında iştirak edən Herrman gedişinin səbəbindən danışmayıb. O bundan sonra yeni macəralara hazır olduğunu qeyd edib.

Xatırladaq ki, Herrman ötən il Pekin Olimpiadasında fərdi yarışda qızıl, estafetçilərin mübarizəsində isə bürtünc medal qazanmışdı. O bu il Almaniyada keçirilən dünya çempionatında sprint yarışınında fəxri kürsünün üst pilləsinə qalxmışdı. Denize sonuncu mundialda izləmə və qadınlar arasında estafet yarışlarında gümüş medala sahib çıxıb.