Dəfələrlə karyerasını başa vurduğunu açıqlayan, amma sonradan sözünü tutmayan Konor Makqreqor gələcək planlarından danışıb. Sport24.az xəbər verir ki, sabiq UFC çempionu artıq xeyli sayda döyüş keçirməkdə maraqlıdı: “Qarşıda daha 100 görüşə çıxacam. Formada qalmaq üçün öz üzərimdə işləyirəm. Uzun müddət siyasətə, zədələrə və şəxsi həyatıma görə oktaqona çıxa bilmirdim. Belə hallar baş verir. Bu Tanrının işidir. Həyatı olduğu kimi qəbul edirəm. Amma hələ qarşıda çox döyüşüm var. Hazırda yüksəlişdə olan döyüşçülərlə qarşılaşmaq istəyirəm”.

Xatırladaq ki, bir müddət əvvəl UFC çempionu İslam Maxaçev Makqreqorla üz-üzə gəlmək istədiyini söyləmişdi.