Milli Hokkey Liqasında mübarizə aparan “Arizona Koyots” klubunun sahiblərindən biri olan Endryu Barrouey həbs olunub. Sport24.az xəbər verir ki, kub funksioneri həyat yoldaşını boğmaqda ittiham olunur.

Artıq MHL də məsələyə müdaxilə edib. İstintaq prosesi başça çatana qədər Barrouey vəzifə səlahiyyətlərini həyata keçirmək hüququndan məhrum edilib. O, 2014-cü ildə arizonalıların sahibinə çevrilsə də, sonradan səhmlərinin bəzi hissəsini satıb.

Hazırda “Koyots” Qərb konfransında 13-cü pillədə qərarlaşıb.