Bu mövsüm “Ferrari”nin imkanlarından aşağı səviyyədə çıxış etməsi Şarl Leklerin də planlarına təsir göstərir. Sport24.az xəbər verir ki, çempionluq həvəsi ilə yaşayan monakolu pilotun bu gedişlə İtaliya komandasından ayrılacağı ilə bağlı söhbətlər də səngimək bilmir.

Hətta onun “Mersedes”ə keçəcəyi ilə bağlı şayiələr də dolaşır. Amma Şarl bunlara əhəmiyyət vermir: “Ferrari” ilə çempion olmaq istəyirəm! Vəziyyəti dramatikləşdirmək lazım deyil. Doğrudur, mövsümə yaxşı başlamamışıq. Amma komandada heç kim təslim olmaq fikrində deyill. Uğur qazanacağımıza inanıram”.

Xatırladaq ki, ötən mövsüm Lekler 308 xalla şəxsi birincilikdə ikinci yeri tutmuşdu. Bu mövsüm isə Şarl Bəhreyn Qran-prisində finiş xəttini keçə bilməmiş, Səudiyyə Ərəbistanındakı yarışı 7-ci yerdə başa vurmuşdu.