Güllə atıcılığı üzrə Federasiya kuboku keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda ölkənin müxtəlif bölgə və klublarını təmsil edən 70-dən çox idmançı iştirak edib.

 

Snayperlər Bakı Atıcılıq Mərkəzində pnevmatik tapança, tüfəng və kiçik çaplı tapançadan atəş açıblar. İdmançılar həm fərdi, həm də qarışıq komandalar ən güclüləri müəyyənləşdiriblər. Ümumilikdə 9 dəst medal sahibini tapıb.

 

Kişilər

 

10 m, pnevmatik tapança
1. Hacı Musayev
2. Ruslan Lunev
3. Elvin Astanov

 

10 m, pnevmatik tüfəng
1. Üzeyir Tapdıqlı
2. Ramiz Xəlilov
3. Ruslan Qəhrəmanov

 

50 m, kiçik çaplı tapança
1. Vladislav Kalmıkov
2. Rəsul Məmmədov
3. Elvin Astanov

 

Qadınlar

 

10 m, pnevmatik tapança
1. Xanna Əliyeva
2. Leyli Əliyeva
3. Həqiqət Atayeva

 

10 m, pnevmatik tüfəng
1. Nigar Ramazanova
2. Jalə Bayramova
3. Aynur Mahmudova

 

25 m, kiçik çaplı tapança
1. Nigar Nəsirova
2. Leyli Əliyeva
3. Xanna Əliyeva

 

50 m, kiçik çaplı tapança
1. Leyli Əliyeva
2. Zeynəb Sultanova
3. Sofiya Barxalova

 

Qarışıq komandalar

 

10 m, pnevmatik tapança
1. Hacı Musayev / Xanna Əliyeva
2. Ruslan Lunev / Sofiya Barxalova
3. Oleq Kerjankin / Həqiqət Atayeva

 

10 m, pnevmatik tüfəng
1. Ramiz Xəlilov / Jalə Bayramova
2. Əliməmməd Hüseynov / Nigar Ramazanova
3. Ruslan Qəhrəmanov / Aynur Mahmudova