Keçmiş avstraliyalı UFC döyüşçüsü Suman Moxtariyan Sidneydə güllələnərək öldürülüb. Sport24.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.

 

Hadisə küçədə baş verib. Naməlum şəxs 33 yaşlı idmançıya yaxınlaşaraq ona bir neçə dəfə atəş açıb.

 

2025-ci ilin fevralında Moxtariyan artıq sui-qəsd cəhdinin obyekti olmuşdu. O, Sidney ətrafında bir idman zalının qarşısında bıçaqlanıb.

 

Qeyd edək ki, Sumanın peşəkar MMA-da doqquz qələbə və üç məğlubiyyəti var. O, sonuncu dəfə 2019-cu ilin dekabrında UFC Fight Night 165-də döyüşmüş və yekdil qərarla Sung-Woo Choi-yə məğlub olmuşdur.