"Real" "Elçe"nin yarımmüdafiəçisi Rodriqo Mendosanı heyətinə qatmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Madrid klubunun baş məşqçisi Xabi Alonso klub rəhbərliyindən 20 yaşlı ispan futbolçunun 20 milyon avroluq sərbəst qalma maddəsindən istifadə etməklə, futbolçunun keçidinin həll olunmasını xahiş edib.
Qeyd edək ki, Mendosa 2025/26 mövsümündə "Elçe"nin heyətində 5 matçda 1 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.