AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşüblər. Leyla Abdullayeva 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçiriləcək oyunda milli komandamıza uğurlar arzulayıb.

 

Görüş zamanı səfirə Azərbaycan milli komandasının forması hədiyyə olunub.