İspaniya millisinin və "Atletiko Madrid"in yarımmüdafiəçisi Markos Loryente küçədə gün eynəyi taxmağa qarşı olduğunu bildirib. Sport24.az bildirir ki, futbolçu bunun biologiya ilə bağlı olduğunu deyib.
"Mən eynəyi yalnız evdə taxıram. Açıq havada gün eynəyi taxmıram. Bu düzgün deyil. Onlar mənim gözümə lazım olan şüaları buraxmırlar.
Çöldə gözə nəsə taxmağa ehtiyac yoxdur. Qaranlıq düşəndə sadəcə qırmızı linzalı eynək taxmaq olar. Bu biologiyadır, mənim fikrim deyil. Evdə işıqları söndürəndə ancaq qırmızı linzalı eynək taxıram", - "Atletiko"nun yarımmüdafiəçisi deyib.