"Fransa millisi haqda çox danışmağa ehtiyac yoxdur. Önəmli olan bu rəqibə qarşı necə reaksiya verməyimizdir. Hazırlıqlarımızı bu gün tamamlayacağıq. Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq".

 

Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadə Fransa yığması ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.

 

28 yaşlı müdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Millinin ən çox formada olan oyunçularından birisən. "Qarabağ"ın heyətində Çempionlar Liqasında önəmli fiqurlarından birisən. Son 2-3 gündə futbolçularla özün şəxsən psixoloji baxımdan, dəstək üçün söhbət aparmısan?
 
- Oyundan öncə komanda yoldaşlarımızla bu matç haqda danışmışıq. Komanda kimi oyuna hazırlaşırıq. Bütün komanda olaraq hamımız hazır olmalıyıq. Bu barədə söhbətimiz çox olur. Hazırlığımız yaxşıdır. Sabah yaxşı mübarizə aparacağıq.