Futzal üzrə Azərbaycan Yüksək Liqasında IV turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, qarşılaşmalar "Olimpik Star"da baş tutub.
Çempionatın faforitlərinin - "Neftçi" İK ilə "Baku Fire"nin duelində qalib müəyyənləşməyib - 2:2.
Digər iki matçda "Şuşa" klubu "Lənkəran"ı 7:3, son çempion "Araz-Naxçıvan" isə U-19 millisini 12:0 hesabı ilə məğlub edib.
Xal durumu: "Neftçi" İK, "Araz-Naxçıvan" – 10 "Baku Fire" – 8, "Şuşa" – 6, U-19, Lənkəran – 0.