"Qalatasaray" mövsümün sonunda klubla müqaviləsi başa çatan Okan Burukla bağlı qərar verib. Sport24.az xəbər verir ki, İstanbul nənəngi türkiyəli mütəxəssislə yola davam edəcək.
Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" Burukla 1+2 illik yeni sözləşmə imzalamağı planlaşdırır. Yeni müqavilə ilə 51 yaşlı məşqçinin maaşı 4 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Okan Buruk 2022-ci ilin yayında "Qalatasaray"ın baş məşqçisi təyin olunub. "Aslanlar" onun rəhbərliyi altında ardıcıl 3 mövsüm Türkiyə çempionu olub.