"Tottenhem"in əsas sahibləri, Britaniyanın ENIC qrupu, klubun kapitalını 100 milyon funt-sterlinq (təxminən 115 milyon avro) artırıb. Sport24.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, klubun himayədarı lazım gələcəyi halda əlavə maliyyə ayrılacağını da bildirib. ENIC komandanın uğurlu çıxışını  təmin etmək üçün "Tottenhem"i istə nilən səviyyədə dəstəkləmək niyyətindədir.

 

Qeyd edək ki, London klubu 7 oyundan sonra 14 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.