Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxıb. Sport24.az xəbər verir ki, U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

 

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama görüşü oktyabrın 12-də keçiriləcək.